“Turnirin bombardiri olduğum üçün çox şadam”

“Marsel”in hücumçusu Pyer-Emerik Obameyanq Avropa liqasının 1/16 final mərhələsinin cavab oyununda “Şaxtyor” üzərində qazanılan qələbəni (3:1) şərh edib.

Allsport.az xəbər verir ki, eyni zamanda o, turnirin bombardiri olmağından da danışıb:

“Çox xoşbəxtəm. Düşünürəm ki, bu oyunda qələbə qazanmaq bizim üçün vacib idi. Sevinirik ki, azarkeşlər çox çətin vəziyyətdə belə gəliblər. Bugünkü tapşırığı mükəmməl şəkildə yerinə yetirdik. Bu həftə bizim üçün çox önəmlidir. Bazar günü daha bir oyunumuz var – ümid edirəm ki, biz bunu eyni şəkildə edə bilərik.

Bu turnirin bombardiri olduğum üçün çox şadam. Bu çox şey deməkdir. Ümid edirəm ki, burada bitməyəcəyəm, amma birinci qalmaq üçün təkrar-təkrar qol vura bilərəm!”

Həmin kateqoriyadan