“Turu keçən tərəf biz olacağıq”

Konfrans liqasının 2-ci təsnifatının ilk oyununda “Çukariçki” (Serbiya) – “Sumqayıt” görüşündən sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Ayxan Abbasov 0:0 bitən matçla bağlı bunu deyib:

“Bugünkü oyun bizim Avropa səhnəsində ikinci qarşılaşmamız idi. Maraqlı mübarizəyə şahidlik etdik. Oyunun əvvəlində uşaqların həyəcanlı olduğu hiss olunurdu. Bu da səbəbsiz deyil, çünki, heyətimiz gənc futbolçulardan qurulub. Lakin, matçın gedişində həyəcanımızı boğa bildik.

Rəqibimiz meydan amilinə görə nisbətən bizdən üstün oyun sərgiləməyi bacardı. Bir həftə sonra doğma meydanımızda azarkeşlərimizin qarşısında oynayacağıq. Onlar da bizim üçün darıxıblar. Ümidvaram ki, azarkeşlərimiz önündə sərfəli nəticə əldə edərək, turu keçən tərəf biz olacağıq”. 

Həmin kateqoriyadan