Tuxel: “Ağır cəzalandırıldıq”

Allsport.az xəbər verir ki, “Bavariya”nın baş məşqçisi Tomas Tuxel çempionlar liqasının 1/4 finalının ilk oyununda “Mançester Siti”yə məğlub olmaqları (0:3) barədə danışıb. O deyib:

“Nəticə ilə qətiyyən razı deyiləm. Biz daha yaxşı oynamalı idik. Amma ağır cəzalandırıldıq.

Mənə elə gəldi ki, hesab 0:2 olana qədər çox yaxşı oynadıq. Nəticə haqqında danışmaq istəmirəm. 70-ci dəqiqəyə qədər çox yaxşı çıxış gördüm.

İnanıram ki, ən azı 1 qola layiq idik. Futbolçularımızda bir az inam və hazırlıq çatışmırdı.

Təbii ki, nəticə bizim üçün acıdır, amma bu gün komandama, futbolçuların çıxışına aşiq oldum. Qəribə səslənsə də, çox əyləndim”.

Həmin kateqoriyadan