U-15-ə İspaniyadan futbolçu dəvət olundu

Noyabrın 22-dən 28-dək Qəbələ şəhərində 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Allsport.az xəbər verir ki, toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcək.

Millimiz hazırlıq çərçivəsində noyabrın 24-də “Qəbələ”nin U-16 komandası ilə yoxlama oyunu keçirəcək.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Zeynalov Qədir – Səbail
  2. Əlizadə Ayxan – Sabah
  3. Həsənov Teymur – Qarabağ
  4. Hüşənov Həbib – Qəbələ
  5. Qurbanov Elvin – Neftçi
  6. Orucov Nadir – Sumqayıt
  7. Paşayev Vüsal – Sumqayıt
  8. Əhmədov Səmid – Qəbələ
  9. Nəbizadə Əli – Səbail
  10. Avəzov Ramin – Sabah
  11. Məmmədov Murad – Neftçi
  12. Əhmədov Fərid – Neftçi
  13. Muradov Amin – Neftçi
  14. Babayev Elmar – Sabah
  15. Niftiyev Səbuhi – Qarabağ
  16. Aslanzadə Əli – Neftçi
  17. Şəkərxanov Ziya – Qəbələ
  18. Babazadə Eltun – Qarabağ
  19. Ələkbərov İsmayıl – Marset (İspaniya)
  20. Hüseynli Atilla – Sabah
  21. Qasımov Amid – Qarabağ
  22. Məmmədov Raul – Səbail
  23. Şəkixanov Emil – Qəbələ
  24. Əlizadə Məhəmməd – Zirə

Həmin kateqoriyadan