U-19 həlledici matça çıxır

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunda 3-cü turun oyunları baş tutacaq. Allasport.az saytı xəbər verir ki, , Macarıstanda təşkil olunmun yarışda millimiz son oyununu keçirəcək.

Hesabında 1 xal olan «ay-ulduzlular»ımız növbəti raunda birbaşa vəsiqə qazanmaq üçün mütləq qalib gəlməli və ev sahibi ilə Sloveniya yığmasının büdrəməsini arzulamaldır.

Qaydalara görə, hər qrupdan 2 ən yaxşı kollektiv elit mərhələyə adlayır. 13 qrupda 3-cü yer tutanların ən yaxşı nəticəyə qazanan 5 seçməsi də vəsiqəyə sahib çıxır.

Nikolay Adamın rəhbərlik etdiyi millimiz həlledici görüşə ilə saat 16:00-da çıxacaq. Nəzərinizə çatdıraq ki, komandamız ilk oyunda Macarıstanla 1:1 edib, Slovakiyaya yığmasına böyük hesabla məğlub olub (1:4).

1. Slovakiya 2 2 0 0 6:2 6
2. Macarıstan 2 0 2 0 2:2 2
3. Sloveniya 2 0 1 1 2:3 1
4. Azərbaycan 2 0 1 1 2:5 1

Həmin kateqoriyadan