U-19-un toplanış və seçmə mərhələ üçün heyətində 4 legionçu yer alıb

U-19 millinin oktyabrın 2-dən 5-dək Bakıda, oktyabrın 6-dan 15-dək isə Çex Respublikasının Ostrava şəhərində təlim-məşq toplanışı və Avropa çempionatının ilkin seçmə mərhələsi üçün heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, heyətə 4 ölkənin yerli çempionatlarında çıxış edənlər də dəvət alıblar:

Rüstam Samiqullin (“Sabah”), Ayhan Arazlı, Nihad Quliyev, Tural Bayramov, Musa Qurbanlı (hamısı – “Qarabağ”), Şahin Mürsəl (“Viedenbrük”, Almaniya), Nihad Qurbanlı, Turan Vəlizadə, İsmayıl Zülfüqarlı (“Neftçi”), Murad Məmmədov, Ədilxan Qarəhmədov (“Səbail”), Əmre Qaplan (“Başakşəhər”, Türkiyə), Xəyal Muradov, Təbriz İsazadə, Əli Mürsəlov, İdris İnqilablı, Veysal Rzayev (“Qəbələ”), Elnur İbrahimov (“Sportakademi klub”, Rusiya), Rüfət Abdullazadə (“Sumqayıt”), Samir Qurbanov (“Viktoriya”, Çex Respublikası).

Həmin kateqoriyadan