U-23 millisi yaradılmayacaq

Azərbaycanın U-23 millisinin yaradılması ideyası qəbul edilməyib.

Allsport.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov “Azərbaycan Radio”suna müsahibəsində bildirib:

“İcraiyyə komitəsinin iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi. Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə, U-23 milli yaratmağa ehtiyac yoxdur. Çünki 22 ya da 23 yaşlı futbolçu əsas millidə oynamalıdır.

Hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı 2 nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuzda premyer liqada limit var. Ona görə də bu məsələ gündəmimizdə deyil”.

Həmin kateqoriyadan