- Baxış sayı: 32
- 23 Sentyabr 2026 16:44
- Baxış sayı: 275
- Sentyabr 17, 2026
- 0

“Arsenal” müdafiəçisi Ben Uaytı satmağı planlaşdırmır.
Allsport.az xəbər verir ki, “topçular” 28 yaşlı futbolçunun cari transfer dövründə komandadan ayrılmasına icazə vermək istəmir.
İngiltərəli müdafiəçinin kifayət qədər oyun təcrübəsi qazanmadığı üçün klubdan getmək istəməsi barədə xəbərlər yayılsa da, rəhbərlik onun gedişinə razılıq verməyib. Uaytla “Everton”, “Mançester Siti” və bir sıra digər komandalar maraqlanır.
Ben Uayt cari mövsümdə iştirak etdiyi 14 qarşılaşmada 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.