UEFA Azərbaycanın 10 klubu üçün vəsait ayırıb

UEFA tərəfindən müxtəlif təyinatlar üzrə ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada aşağıdakı cədvəllərdə adı göstərilmiş klubların hesabına köçürülüb (məbləğlər avro ilə göstərilib). Allsport.az saytı xəbər verir ki, “Kəpəz” klubu üçün nəzərdə tutulmuş vəsait  klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.

“Xəzər Lənkəran” klubunun AFFA, PFL, FIFA və UEFA qarşısında yerinə yetirilməmiş maliyyə öhdəlikləri olduğu üçün UEFA-nın ayırdığı vəsaitdən AFFA-ya və PFL-ə olan borclar əvəzləşdiriləcək, yerdə qalan məbləğin təyinatı üçün AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq müraciət ünvanlanacaq. Hər iki beynəlxalq futbol qurumunun tövsiyələri əsasında qeyd olunan maliyyə vəsaiti ilə bağlı qərar qəbul olunacaq.

AÇ-2016-nın seçmə mərhələsində millidəki futbolçusunun iştirakına görə

AzAL – 4,606.48
“Xəzər Lənkəran” – 120,583.68
“İnter” – 112,713.07
“Kəpəz” – 16,632.23
“Neftçi” – 128,899.79
“Qarabağ” – 307,796.22
“Qəbələ” – 152,806.87
“Sumqayıt” – 24,948.34
“Zirə” – 8,316.12

AÇ-2016-nın final mərhələsində milli komandada futbolçusunun iştirakına görə

“Qarabağ” – 57,849.45

Maliyyə feyr-pleyi üzrə vəsait

UEFA Avropa Liqası turinirin qrup mərhələsində çıxış edən klublar

“Qarabağ” – 104,080.00
“Qəbələ” – 104,080.00

UEFA Avropa Liqası turnirinin təsnifat mərhələsində çıxış edən klublar

“Neftçi” – 11,750.00
“İnter” – 11,750.00

Uşaq futbolu ilə bağlı ayrılmış vəsait

“Zirə” – 51,104.00
“İnter” – 51,104.00
“Sumqayıt” – 51,104.00
AzAL – 51,104.00
“Neftçi” – 51,104.00
“Kəpəz” – 51,104.00
“Rəvan” – 51,104.00
“Xəzər Lənkəran” – 51,104.00

Həmin kateqoriyadan