UEFA Bakıda jurnalistlər üçün seminar keçirəcək

UEFA-nın mətbuat üzrə nümayəndəsinin rəhbərliyi ilə dekabrın 8-də, saat 10.00-dan 16:00-dək “Bakcell Arena”da Lisenziyalaşdırma prosesi çərçivəsində mətbuat xidməti əməkdaşları üçün seminar keçiriləcək. Allsport.az xəbər verir ki, seminarda Topaz Premyer Liqasında, Birinci divizionda mübarizə aparan klubların, həmçinin AFFA və Peşəkar Futbol Liqasının mətbuat xidmətinin əməkdaşları, eləcə də millinin və klularımızın avrokubok oyunları zamanı stadionda iş başında olmuş jurnalistlər və fotoqraflar iştirak edə biləcəklər.

Seminar zamanı həm nəzəri, həm də praktiki məşğələlər təşkil olunacaq. Seminarın sonunda iştirakçılara sertifikat təqdim olunacaq.

Seminarda iştirak etmək istəyən KİV əməkdaşlarından (hər mətbuat orqanından 1 müxbir və 1 fotoqraf) bu gündən başlayaraq 2 dekabr, saat 16:00-a qədər ipr@affa.az ünvanında qeydiyyatdan keçmələri xahiş olunur.

Həmin kateqoriyadan