- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 118
- Sentyabr 23, 2026
- 0

UEFA çempionlar liqasının 1/8 finalının cavab görüşləri çərçivəsində keçiriləcək “Liverpul” – “Leyptsiq” matçının yerini dəyişdirib. Allsport.az xəbər verir ki, martın 10-da “Enfild” stadionunda keçirilməli olan görüş neytral meydanda – Budapeştdəki “Puşkas Arena”da oynanılacaq.
Buna koronavirus pandemiyasının geniş yayılmasına görə İngiltərənin təyyarə uçuşlarını dayandırması səbəb olub.
Komandalar arasında ilk matç da “Puşkaş Arena”da keçirilib. Qarşılaşmada “Liverpul” 2:0 hesablı qələbə qazanıb.