- Baxış sayı: 16
- 01 İyul 2026 18:56
- Baxış sayı: 88
- İyul 01, 2026
- 0

2025/26 mövsümü üzrə maliyyə monitorinqinin yekunlarına əsasən, qurum futbol gəlirləri və heyətə çəkilən xərclərin klub gəlirlərinə nisbəti ilə bağlı qaydaları pozduqlarına görə bir neçə komandanı cərimələyib.
Allsport.az saytı xəbər verir ki, yoxlama 2023–2025-ci maliyyə illərini əhatə edən üç illik dövrü əhatə edib və oyunçuların satışı, futbolçuların mübadiləsi, eləcə də əlaqəli tərəflər arasında həyata keçirilən transfer əməliyyatlarını analiz edib. Bu əməliyyatlardan əldə olunan gəlirlər UEFA qaydalarına uyğun hesab edilməyib və nəticədə klubların maliyyə hesabatlarında düzəlişlər aparılması tələb olunub.
Gəlirlərlə bağlı qayda pozuntuları:
Cərimə olunan klublar bunlardır: “Nyukasl“, “Yuventus“, “Nitsa“, “Santa Klara“, “Astana” və “Partizan“.
“Yuventus” ən ağır cəzaya məruz qalıb – 20 milyon avro cərimə alıb. Bunun 14 milyon avrosu şərti xarakter daşıyır və yalnız qayda pozuntusu təkrarlandığı halda ödəniləcək.
“Nyukasl” 10 milyon avro cərimələnib, bunun 7 milyon avrosu şərtidir.
“Nitsa” və “Santa Klara” pozuntuların müvəqqəti xarakter daşıdığını sübut ediblər. Nitsa 2 milyon avro (1,7 milyonu şərti), Santa Klara isə 1 milyon avro (850 min avrosu şərti) cərimə ödəyəcək.
“Astana” və “Partizan” isə kiçik pozuntulara görə müvafiq olaraq 100 min və 200 min avro cərimələniblər.
Klublar üç il ərzində bu uyğunsuzluqları aradan qaldırmağı öhdələrinə götürüblər.
Bundan əlavə, UEFA 2025-ci ilin yekunlarına əsasən klubların futbolçulara çəkilən xərclərinin illik gəlirin 70 faizini keçməməsi tələbinə əməl edib-etmədiyini də yoxlayıb.
Cərimələrin məbləği belədir:
“Strasbur” – 25 milyon avro (12 milyon avrosu təkrar pozuntu halında ödəniləcək);
“Aston Villa” – 22,5 milyon avro (15 milyon avrosu şərti);
“Fənərbağça” – 7 milyon avro;
“Fiorentina” – 6 milyon avro;
“Çelsi” – 3 milyon avro;
“Nyukasl” – 3 milyon avro;
“Nottingem Forest” – 2,5 milyon avro;
“AEK” – 500 min avro;
“Nitsa” – 450 min avro.