UEFA-dan BOS-un ot örtüyünə baxış

Mayın 29-da Bakı oimpiya stadionunda Avropa liqasının final oyunu ilə əlaqədar UEFA nümayəndələri paytaxtımıza növbəti dəfə səfər edib. Allsport.az saytı xəbər verir ki, budəfəki səfər ot örtüyünün vəziyyəti ilə tanışlıq məqsədi daşıyıb. Mütəxəssislər qazona baxış keçirdikdən sonra hazırkı vəziyyəti müsbət qiymətləndiriblər. 

UEFA final oyununun təşkili ilə əlaqədar əməliyyat qrupunun Bakı olimpiya stadionunda yerləşən idarəsində UEFA-nı təmsil edən mütəxəssislərlə AFFA-nın baş katibi Elxan Məmmədovun və Əməliyyat Qrupu üzvlərinin görüşü keçirilib, fikir mübadiləsi aparılıb.

Əməliyyat Qrupunda fəaliyyət göstərən mütəxəssislər final oyununa qədər qalan müddət ərzində BOS-un ot örtüyünü yüksək səviyyədə saxlamaq üçün müvafiq işlərin görüldüyünü bildirib, bunun üçün xüsusi avadanlıqlardan istifadə olunduğunu qeyd ediblər.

Həmin kateqoriyadan