- Baxış sayı: 131
- 08 May 2026 23:17
- Baxış sayı: 167
- May 08, 2026
- 0

FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, Məsiyev Avropa liqasının əsas mərhələsinin III turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) – “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.