UEFA-dan “Qarabağ”a 4 milyon avro

“Qarabağ” klubunun yeni mövsümdə Avropa liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış 2,750,000  (iki milyon yeddi yüz əlli min) avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb. Allsport.az saytı xəbər verir ki, bu vəsait qitə liqasının qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

Bundan əlavə, “köhlən atlılar”ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə, UEFA-nın ayırdığı 1,142,880 (bir milyon yüz qırx iki min səkkiz yüz səksən) avro vəsait də AFFA-nın vasitəçiliyi ilə Ağdam klubunun hesabına köçürülüb.

Həmin kateqoriyadan