UEFA-dan “Qarabağ”ın rəqibi ilə bağlı gözlənilən qərar

UEFA Avropa liqasında Ukraynanın “Vorskla” və İngiltərənin “Arsenal” klubları arasında oyunla bağlı gözlənilən qərar qəbul edib.

Allsport.az saytı xəbər verir ki, matçın öncədən Poltavada keçiriləcəyi bilinsə də, orda olan şəraitsizlikdən hali olan qitə futbol qurumu son anda bu görüşün Kiyevdə təşkil olunmasına qərar verib. Oyun noyabrın 29-da “Olimpiyski” stadionunda saat 21:55-də başlayacaq.

UEFA-nın fövqəladə hallar üzrə komitəsi səbəb kimi ölkənin bəzi regionlarında hərbi vəziyyətin tətbiqi göstərib. Amma bəllidir ki, 4-cü turda “Qarabağ”ın şaxta üzündən və bunun həlli üçün vasitənin olmamasından Poltavada 10-11 saat ləngimişdi.

 

Həmin kateqoriyadan