UEFA erməni təxribatına görə “Marsel”ə intizam işi açıb

UEFA, konfrans liqasının 1/16 finalında “Qarabağ”la ilk oyundan sonra “Marsel”ə qarşı intizam işi açıb. Allsport.az saytı xəbər verir ki, Fransa klubu tribunalarda qadağan olunmuş bannerin görünməsinə, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə və stadionlarda keçidlərin bağlanmasına görə günahlandırılır.

İntizam işinin tarixi sonra müəyyənləşəcək. Bu görüşdə meydan sahibləri 3:1 qalib gəlib. “Köhlən atlar”ın fevralın 24-ü rəqibi Bakıda qəbul edəcək.
Ağdam təmsilçisi “Marsel” ilə Fransada keçirdikləri matç zamanı baş verən erməni təxribatına görə UEFA-ya müraciət edib.

Həmin kateqoriyadan