UEFA “Keşlə”nin avrokubokda oynamasına icazə verib

Bu gün AFFA-nın lisenziya komissiyasının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda yeni mövsümdə UEFA-nın klub turnirlərində iştirak etmək üçün müraciət etmiş “Keşlə”nin sənədlərinə baxılıb. Məlum olduğu kimi, assisiasiya “Keşlə”yə istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət etmişdi.

Qurum müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Keşlə”  tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub və UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, “Keşlə” 2018/19 mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdir.

AFFA-nın lisenziya komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra qərara alıb: UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Keşlə”yə lisenziya verilsin.

Həmin kateqoriyadan