- Baxış sayı: 32
- 18 Aprel 2024 22:15
- Baxış sayı: 38
- Aprel 18, 2024
- 0
Azərbaycan klubları cari mövsümündə avrokuboklarda qazandıqları vəsaiti alıblar. Allsport.az saytı xəbər verir ki, UEFA-nın klub yarışlarında çıxış edən komandalara qurum tərəfindən AFFA-ya daxil olmuş pul vəsaiti ünvanlarına çatıb.
Ölkəmizin 4 klubu təsnifat mərhələlərində ümumilikdə 1 milyon 365 min avro əldə edib. Çempionlar Liqasında “Qarabağ” mübarizəni 3-cü seçmə mərhələsində dayandırdığı üçün 575 min avro qazanıb.
Avropa Liqasında pley-offadək irəliləyən “Neftçi” 420, 2-ci təsnifat mərhələsində dayanan “İnter” 250, elə ilk dueldə çıxışını başa vuran debütant “Qəbələ”yə 120 min avro daxil olub.