UEFA klublarımıza “yaşıl işıq” yandırdı

UEFA Azərbaycanı qitəmiqyaslı yarışlarda təmsil edəcək klubların adları ilə bağlı AFFA icraiyyə komitəsinin qərarına ilk təsdiq cavabı verib. Allsport.az xəbər verir ki, Avropa futbol qurumuna göndərilmiş qərara verilən cavab artıq milli assosiasiyaya daxil olub.

Həmin sənədə əsasən, Azərbaycanı çempionlar liqasında “Qarabağ”, Avropa liqasında isə “Neftçi”, “Keşlə” və “Sumqayıt” klubları təmsil edəcək.

Bu komandaların qitənin klub turnirlərində iştirakı ilə bağlı yekun qərar klubların müvafiq sifariş ərizələri UEFA-ya göndərildikdən sonra qəbul olunacaq.

Həmin kateqoriyadan