UEFA Mahirin klubunu cərimələdi

UEFA, “Zaqreb Dinamo”sunu cəzalandırıb. Allsport.az saytı xəbər verir ki, buna səbəb azarkeşlərinin Avropa liqasının 1/16 finalında “Sevilya” ilə səfər matçında ictimai asayişi pozmasıdır. Ona görə də intizam komitəsi Mahir Əmrəlinin komandasını 30 min avro cərimələyib.

Bununla yanaşı, UEFA Xorvatiya klubunu avrokuboklardakı növbəti səfər matçı üçün bilet satışını da qadağan edib. Həmçinin UEFA-nın tapşırığına əsasən “Dinamo”, azarkeşlərin “Roman Sançez Pisxuan” stadionun tribunalarına ziyan verməsinə görə 1 ay ərzində “Sevilya” rəsmilərilə danışaraq zərəri qarşılamalıdır. 

“Göylər” İspaniya klubuna ümumilikdə 2:3 uduzaraq mübarizəni dayandırıb. 

Həmin kateqoriyadan