- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

UEFA 2019/2020 mövsümünün ən yaxşı futbolçu və baş məşqçisi adına namizədləri açıqlayıb. Allsport.az xəbər verir ki, ən yaxşı futbolçu adına Manuel Noyer, Robert Levandovski (hər ikisi “Bavariya”) və Kevin De Brüyne (“Mançester Siti”) namizəddirlər.
Hansi Flik (“Bavariya”), Yulian Naqelsmann (“Leyptsiq”) və Yurgen Klopp (“Liverpul”) isə ən yaxşı baş məşqçi adına namizəd olublar.
Qaliblər oktyabrın 1-i – çempionlar liqasının püşkatma mərasimindən öncə açıqlanacaq.