UEFA-nın baş katibi: “Qarabağ”ın feyr-pley jesti ustalığından da əla idi

UEFA-nın baş katibi Corco Marketti, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun konfrans liqasının pley-ofunda “Marsel” ilə Bakıda cavab matçında etdiyi feyr-pley jesti haqqında danışıb. Allsport.az saytı xəbər verir ki, o, 1/8 final mərhələsinin püşkatmasında Azərbaycan klubuna təşəkkürünü bildirib:

“Adətən fantastik qolları qeyd edirik, onların sevincini yaşayırıq. Amma indi başqa məsələyə diqqəti yönəltmək istərdim. “Qarabağ” klubu tərəfindən idman jesti gördük. Baş hakim “Marsel”in qapısına əllə vurulan qolu saysa da, “Qarabağ” jest edərək, bunun ləğvini istədi. “Qarabağ”a müraciət edərək demək istəyirəm ki, sizin bu turnirdə ustalığınız əla idi. Amma feyr-pley jestiniz ondan da əla idi”.

Həmin kateqoriyadan