UEFA-nın rəsmi saytı “Qarabağ”ın pley-offa çıxmaq imkanını dəyərləndirib

UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin son turu ərəfəsində 1/16 final şanslarını dəyərləndirib. Allsport.az saytı xəbər verir mi, ehtimal aparılan komandaların arasında “Qarabağ” da yer alıb. 4 xalla qrup sonuncusu olmasına baxmayaraq, nəzəri imkana malik Ağdam təmsilçisinin “J” qrupundan necə çıxa biləcəyini xatırladıb:

“Qrupda sonuncu olan “Qarabağ”ın cəmi 1 qələbəsi var. Lakin onların da 1/16 final şansı qalıb. Bunun üçün onlar “Anderelxt”i məğlub etməli və “Monako”nun “Tottenhem”ə qalib gəlməməsini arzulamalıdır”.

“Qarabağ” üçün cüzi şans” kimi dəyərləndirilən hissədə Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun qısa fikirləri də yer alıb: “Mərhələ keçmək şansımız qalıb. Lakin düzünü desəm, bu çox kiçik şansdır. Bunun gerçəkləşməsi çox çətin olacaq. Biz bu səviyyədə kifayət qədər təcrübəyə də malik deyilik”.

Xatırladaq ki, “Anderlecht” – “Qarabağ” və “Tottenham” – “Monaco” qarşılaşmaları dekabrın 10-da keçiriləcək.

Həmin kateqoriyadan