UEFA-nın yeni turniri konfrans liqası adlanacaq

UEFA-nın 3-cü avrokubok yarışının adı bilinib. Allsport.az saytı xəbər verir ki, qurum həmin turniri konfrans liqası adlandıracaq. Mübarizənin 2021/22 mövsümündən başlaması nəzərdə tutulub. Bu, çempionlar və Avropa liqalarından sonra 3-cü ən vacib avrokubok olacaq.

Yarışın qaydası çempionlar liqasına (32 komanda, 8 qrup) bənzəyəcəyi ehtimal olunur. Qrup liderləri birbaşa 1/8 finala vəsiqə qazanacaq. 2-ci yeri tutan klublar pley-offa yüksəlmək üçün Avropa liqasının qrupunda 3-cüləri qarşılaşacaqlar. Konfrans liqasının qalibi növbəti mövsüm qitə liqasının qrup mərhələsində iştirak edəcək.

Həmin kateqoriyadan