UEFA prezidenti Avroliqanın finalının Bakıda keçirilməsi qərarını müdafiə edib

UEFA prezidenti Almaniyanın “Der Spiegel” dərgisinə müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, Avroliqanın finalının Bakıda keçirilməsi qərarını müdafiə edib. Aleksander Çeferin bu yöndə Azərbaycanda insan haqlarının vəziyyəti haqqında deyilənlərə münasibət bildirərkən, oxşar durumun digər Avropa ölkələrində də olduğunu qeyd edib:

“Henrix Mxitaryanın “təhlükəsizlik” məsələsinə görə Bakıya gəlməməsi gülüncdür. Onun Fransada Avro-2016-nın keçirildiyi zaman dedikləri ilə paralellik təşkil edir. Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”.

Həmin kateqoriyadan