- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Avropa Liqası turnirinin 2015/2016-cı il mövsümündə qrup mərhələsində çıxış etmiş “Qarabağ” və “Qəbələ” klublarının büdcəsinə növbəti maliyyə vəsaiti köçürülüb. Allsport.az saytı xəbər verir ki, qeyd olunan maliyyə hər 2 klubun ötən mövsüm iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılan bonusdur.
Avropa futbol qurumu tərəfindən verilən vəsait – müvafiq olaraq, “Qarabağ” klubuna 376 min 952 avro, “Qəbələ” klubuna isə 376 min 814 avro – AFFA-nın vasitəçiliyi ilə artıq hər iki klubun hesabına daxil edilib.