UEFA “Qarabağ”ın oyunundakı hadisələrə görə “Bazel”i cəzalandırıb

UEFA konfrans liqasının “H” qrupunda çıxış edən “Bazel”i cəzalandırıb. Allsport.az saytı xəbər verir ki, 6-cı turda “Qarabağ”la oyunda komandanın azarkeşləri ümumi istifadə üçün nəzərdə tutulmuş keçidləri bağlayıb və priotexniki vasitələrdən istifadə edib.

Nəticədə, İsveçrə klubu keçidlərin bağlanmasına görə 6 min avro, priotexniki vasitələrdən yararlanmalarına görə isə 13 min 750 avro cərimələnib.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın 2-ci dəqiqəsində “Qarabağ”ın təmiz qolu qeydə alınmayıb.

Həmin kateqoriyadan