- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

UEFA “Qarabağ” klubuna daha 980 min avro köçürüb. Allsport.az saytı xəbər verir ki, vəsait komandanın cari mövsümdə Avropa Liqasının qrup mərhələsindəki çıxışı zamanı qazandığı nəticələrlə bağlı verilib.
Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qrup mərhələsində 2 qələbə qazanıb və 1 dəfə meydanı sülhlə tərk edib. Digər 3 oyunda “köhlən atlılar” yeniliblər.