UEFA Qurban Qurbanovun oğlunu fərqləndirdi

UEFA konfrans liqasında çıxış edən klubların 4 futbolçusu fərqləndirilib.

Allsport.az xəbər verir ki, onların arasında “Qarabağ”ın hücumçusu Musa Qurbanlı da var.

“Bu həftəsonu sizi ən çox kim təsirləndirib” sualı ünvanlandığı postda 19 yaşlı hücumçu ilə yanaşı, Yunanıstan PAOK-undan Yasmin Kurtiç, Norveç “Budyo Qlimt”indən Uqo Vetlesen və Ukraynanın “Zarya” (Luqansk) klubundan Şahab Zahedi də yer alıb. 

Musa Qurbanlı “Qarabağ”ın “Sumqayıt”a 4:0 hesabı ilə qalib gəldiyi Azərbaycan premyer liqasının X tur oyununda dubl edib. Yasmin Kurtiç və Uqo Vetlesen də 2 qol vurub. Şahab Zahedi isə het-trik müəllifi olub.

Həmin kateqoriyadan