UEFA region kubokunun oyunları Azərbaycanda

UEFA region kubokunun gələn mövsümünün ilkin mərhələsinin oyunları 23-29 iyunda Azərbaycanda keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edəcək qalib klub 2-ci qrupda Belarus təmsilçisi ilə qarşılaşacaq.

İlkin mərhələnin 1-ci qrupunda isə Gürcüstan, Qazaxıstan və Estoniya təmsilçiləri mübarizə aparacaq. Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.

UEFA region kubokunun 2020/21-ci illər mövsümü COVİD-19 pandemiyası səbəbindən təxirə salınmışdı.

Həmin kateqoriyadan