- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

UEFA Avrokuboklarda qrup mərhələsinin 2-ci turundan sonra yeni reytinq siyahısını açıqlayıb.
Allsport.az xəbər verir ki, “Qarabağ” konfrans liqasının qrup mərhələsində Kiprdə “Omoniya”nı məğlub etməklə (4:1) ölkəmizin aktivinə daha 0,500 xal yazdırıb. Beləliklə, 2021/22 mövsümdə Azərbaycanın xal sayı 2,875-yə, son 5 mövsümdə ümumi xal sayı isə 15.500-a çatıb.
Ağdam təmsilçisinin bu qələbəsindən sonra Azərbaycan Qazaxıstana çatıb. Hər iki ölkənin 15,500 xalı var.
Əlavə göstəricilərdə üstün olan ölkəmiz Qazaxıstanı arxada qoyub. Bir pilləlik irəliləyişlə Azərbaycan 28-ci yerə yüksəlib.
Cədvələ İngiltərə başçılıq edir – 90,641.