- Baxış sayı: 29
- 23 Sentyabr 2026 17:23
- Baxış sayı: 277
- Sentyabr 17, 2026
- 0
Ukrayna mətbuatı “Çernomorets”dən “Qəbələ”yə gələ biləcək futbolçuların siyahısını artırıb. Allsport.az хəbər verir ki, həmkarlarımız siyahıya daha 3 futbolçu salıb.
Məlumata görə, Roman Qriqorçuk “Çernomorets”də rəhbərliyi altında oynamış Yevgeni Opanasenko, Vladimir Aryanov və Aleksey Qayı da ölkəmizə gətirə bilər.
Ukrayna mətbuatı daha öncə Dmitri Bezotosnı, Yevgeni Zubeyko, Kirill Kovalçuk və İvan Bobkonun “Qəbələ”yə keçə biləcəyini yazmışdı.