Ukrayna “Şaxtyor”u “Qəbələ”nin qolçusunu istəyir

Ukraynanın “Şaxtyor” klubu “Qəbələ”nin futbolçusu Teo Uuikslə maraqlanır. Allsport.az saytı xəbər verir ki, “qara-qırmızılar”ın yeni transferinin Avropa Liqasındakı uğurlu çıxışı Donetsk təmsilçisinin rəsmilərinin diqqətindən yayınmayıb.

26 yaşlı liberiyalı futbolçu artıq Avroliqada 5 qol vurub. Onun parlaq çıxışı Ukrayna klubunun diqqət mərkəzinə düşməsinə səbəb olub.

Uiks “Qəbələ”də icarə əsasında çıxış edir, müqavilə ilə isə Kiprin “Ermis” klubuna məxsusdur. Ukrayna mətbuatının məlumatına görə, Teo belə uğurlu çıxış etməyə davam etsə, “Şaxtyor”un onun transfer hüququnu alması ehtimalı böyükdür.

Həmin kateqoriyadan