“Ümid edirəm ki, qalib gələcəyik”

“Barselona” çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyununda “Napoli” ilə səfərdə 1:1 hesablı heç-heçə edib.

Allsport.az xəbər verir ki, kataloniyalıların hücumçusu Robert Levandovski komandasının çıxışını dəyərləndirib:

“Düşünürəm ki, ilk hissədə çox yaxşı oynadıq, daha bir neçə qol vurmalı idik. 0:1-dən sonra çox müdafiədə oynadıq və “Napoli” bir qədər irəli gəldi. Barselonada ikinci oyunumuz var və ümid edirəm ki, qalib gələcəyik, çünki bu, bizim üçün çox vacibdir.

Fiziki cəhətdən də özümü çox yaxşı hiss edirəm. Bizim çoxlu gənc futbolçularımız var və bizə vaxt lazımdır. Düşünürəm ki, komandanın böyük potensialı var və indi hazırlaşmaq üçün iki həftəmiz var”.

Həmin kateqoriyadan