Unay Emeri: “Qarabağ”Avropada oynamağa öyrəşmiş komandadır

“Vilyarreal” qitə liqasının “İ” qrupunun 2-ci turunda Azərbaycandakı hərbi savaşla əlaqədar “Qarabağ”la Bakıda deyil, İstanbulun “Başağşəhər Fateh Tərim” stadionunda qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, İspaniya klubunun baş məşqçisi Unay Emeri mətbuat konfransında bunu deyib:

“İki cəbhədə davamlı uğurlar üçün əl-ələ verməyə çalışırıq. Performansı qorumaq baxımından bir az səy göstərməliyik. Komandanın inkişaf etdiyini görürəm. Sabah “Qarabağ” “Sivasspor” kimi oynayacaq. Heyətində müxtəlif ölkələrdən sürətli və təcrübəli futbolçular yer alır. Avropada oynamağa öyrəşmiş komandadır. Bir-birilərini yüksək səviyyədə başa düşürlər. Çətin oyun olacaq”.

“Qarabağ” – “Vilyarreal” matçı sabah Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.

Həmin kateqoriyadan