“Universitatya” – “Səbail” görüşünün hakimləri bilinib

Avropa liqasının ilk təsnifatının “Universitatya” və “Səbail” arasında cavab oyununa hakim təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Rumıniyadakı görüşü islandiyalılara həvalə olunub.

Matçı Helgi Mikael Yonasson idarə edəcək. Onun köməkçiləri Yohann Qudmundsson və Bringeir Valdimarssondur. 4-cü hakim funksiyasını İvar Orri Kristyansson yerinə yetirəcək.

Qeyd edək ki, matç iyulun 18-də saat 20:00-da başlayacaq. İlk matç 2:3 rəqibin xeyrinə bitib.

Həmin kateqoriyadan