“Üstünlük rəqibdə olsa da…”

Sabah “Qarabağ” çempionlar liqasının 2-ci ələməsinin cavab oyununda Bakı olimpiya stadionunda Polşanın “Rakuv” klubu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün “Azərsun arena”da mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu deyib:

“Bizim üçün vacib oyundur. Çox intizamlı komandaya qarşı çıxış edəcəyik. Üstünlük rəqibdə olsa da, geridə qalan günlərdə pis hazırlaşmadıq, “Rakuv”u tam yaxından tanıdıq. Futbolçularımız hansı komandaya qarşı oynadıqlarını hiss etməlidirlər.

Sabah meydana yaxşı nəticə üçün çıxacağıq. Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq. Buna ehtiyacımız var. Bütün futbolçular görüşə məsuliyyətlə hazırlaşıblar”.

Çenstoxova keçirilən ilk matçda rəqib 3:2 qalib gəlib.

Həmin kateqoriyadan