Vəzifəsindən qovulmasına aydınlıq gətirib

Vəzifəsindən qovulmasına aydınlıq gətirib

Məşhur italyalı məşqçi Klaudio Ranyeri, İngiltərə klubunun heyət üzvlərindən biri ilə fikir ayrılıqları onun “Lester”dən qovulmasına səbəb oluduğunu etiraf edib.

Allsport.az saytı xəbər verir ki, 2015/16 mövsümündə o, klubu sensasiyalı premyer liqa tituluna aparıb, lakin 2017-ci ilin fevral ayında vəzifəsindən azad edilib. O vaxt “tülkülər” turnir cədvəlində 17-ci yerdəydilər və çempionşipin düşmə zonasından bir xal yuxarıda qərarlaşmışdılar.

“Buna baxmayaraq, çempionlar liqası macəramız əlamətdar idi. Qrupumuzu erkən qazandıq və ilk 4 oyunda bir qol da buraxmadıq. 1/8 finalın ilk oyununda “Sevilya”ya 1-2 hesabı ilə uduzduq. Liqada 6 oyunda bir xalla çətin bir mərhələdən keçirdik. Həmin axşam təyyarədə evə qayıdarkən mənə artıq baş məşqçi olmadığımı dedilər”, – italiyalı çalışdırıcı o vaxtkı duruma aydınlıq gətirib.

Həmin kateqoriyadan