Van Deyk “Real Madrid”ə mümkün keçidini şərh etdi

Van Deyk “Real Madrid”ə mümkün keçidini şərh etdi

“Liverpul”un müdafiəçisi Vircil van Deyk açıqlama verib.

Allsport.az xəbər verir ki, niderlandlı futbolçu “Real”a keçə biləcəyi haqda danışıb:

“Yayda “Real Madrid”ə transfer oluna bilərəm? Bu suala cavab verə bilmərəm”.

33 yaşlı futbolçu 2018-ci ildən “mersisaydlılar”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 287 matçda iştirak edib, 25 qol vurub, 13 məhsuldar ötürmə edib. Onun müqaviləsi cari mövsümün sonunda bitir.

Həmin kateqoriyadan