Vanderson: “Biz “Qəbələ”yə hörmətlə yanaşırdıq”

Rusiyanın “Krasnodar” klubunun yarımmüdafiəçisi Vanderson Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Baş məşqçi oyundan öncə bizdən maksimum diqqətli oynamağı xahiş etdi. Oyuna ciddi yanaşmağımızı tapşırdı. Çünki yalnız belə olan halda qrupda birinci yeri tuta bilərdik. “Qəbələ”yə hörmətlə yanaşırdıq. Bunun da nəticəsində bizə lazım olan nəticəni qazana bildik. Ağır oyun oldu. İlin son oyunu olduğuna görə yox, həm də heyətimizdəki itkilərə görə. Bu matç bizim üçün böyük əhəmiyyət daşıyırdı. Elə nəticə də bizim üçün vacib idi”.

Həmin kateqoriyadan