Vasili Saçko: “Qarabağ”ın futbolçuları sürətli və texnikalıdır

“Vorskla” Avropa liqasının “E” qrupunun 4-cü turunda Poltavada oyunda “Qarabağ” 0:1 yenildi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra rəqib baş məşqçi Vasili Saçko qonaqların şəninə tərif dedi:

““Qarabağ”ın futbolçuları sürətli və texnikalıdır. Onların əksəri müxtəlif milli komandalarda çıxış edir. Rəqibin xeyli avrokubok təcrübəsi var. İlk hissədə qapımız qarşısında onlar yox, özümüz təhlükəli vəziyyət yaratdıq və penaltiyə səbəb olduq. Çox səhv etdik, sürətdə, top uğrunda mübarizədə uduzduq.

İkinci yarıda vəziyyəti bir qədər yaxşılaşdırdıq. Oyunun sonlarında bir neçə qol vəziyyəti yaratdıq.  Futbolçular əllərindən gələni etdilər. Amma biri var çalışmaq, biri var gerçəkləşdirmək. Yeni oyunçular çempionat ərəfəsində gəldilər. Onlar yya hazırlığımıza qatılmamışdılar. İrəli baxmalıyıq, səhvlər üzərimdə işləməliyik”.

Həmin kateqoriyadan