- Baxış sayı: 26
- 03 Noyabr 2026 19:38
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Botafoqo”nun yarımmüdafiəçisi Cefferson Savarinyo top klubların maraq dairəsinə düşüb.
Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçu “Latsio”, “Atalanta”, “Valensiya”, “Sevilya” və “Vilyarreal”ın transfer siyahısında yer alıb.
Savarinyo bu ilin yanvarından Braziliya klubunda çıxış edir. O, cari mövsüm ərzində 53 dəfə meydana çıxıb, 13 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.