Vikinqlər Azərbaycana – əcdadlarına saymazyana yanaşdılar

Avro-2016-nın seçmə qrup mərhələsində sabah Norveç millisi Bakıda «ay-ulduzlular»ımızla görüşəcəklər. Allsport.az saytı xəbər verir ki, bu gün qonaqlar “Bakcell Arena”da KİV önünə çıxıblar. Baş məşqçi Per-Mattias Hoqmo üçün təşkil olunmuş mətbuat konfransında xoşagəlməz hal qeydə alınıb.

Zalda rəqib komanda yalnız öz dillərində danışıb. AFFA tərəfindən ora ezam edilən ingilis dili tərcüməsi formal qalıb. Bu yaşanan hadisə yerli mediaya xoş getməsə də, toplantı sonadək yalnız norveçlilər üçün keçirilib.

Nəzərinizə çatdıraq ki, Azərbaycan vikinqlərin qədim yurdu sayılır. Skandinavların dünyaca məşhur arxeoloqu Tur Hayerdal 1981-2000-ci illərdə 4 dəfə Odlar yurdunda olub. Səyyah xeyli müddət Qobustanda daş kitabələrdə yazıları araşdırıb.

2002-ci ildə Bakıya son səfərində sonra alim-antropoloq qəti olaraq sübut edib ki, onun həmyerliləri Norveçə 2000 min əvvəl məhz Azərbaycandan gediblər. Çünki qaya rəsmlərində onların dəqiq buradan getmə tarixi yazılıb. Buna qədər norveçlilər skandinaviyaya kiçiç qayıqlarla üzmələrini təqribi bilirdilər.

tur231_7231_70    31_17cd31_18cd

Həmin kateqoriyadan