Vinçentso Qrifo: “Qarabağ” bura yüksək motivasiya ilə yollanıb

“”Qarabağ”ın heyətində fərdi keyfiyyətləri yaxşı olan çoxlu futbolçu var. Onlar bura yüksək motivasiya ilə yollanıblar və meydanda var gücləri ilə mübarizə aparacaqlar”.

Allsport.az saytı xəbər verir ki, bunu “Frayburq”un futbolçusu Vinçentso Qrifo Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”a qarşı keçirəcəkləri ev oyunundan öncə mətbuat konfransında deyib.

İtaliyalı yarımmüdafiəçi “Qarabağ” haqda müsbət fikirlər bildirməklə yanaşı, rəqibdən çəkinmədiklərini də qeyd edib: “Qarabağ”a hörmətlə yanaşırıq. Amma rəqibdən çəkinmirik. Stresli oyun olacaq.

Gözləntilər böyükdür. Heyətimizdə milli üzvləri var ki, onlar bu ritmi bilirlər. Olduqca xoşbəxtik. Ötən mövsüm mübarizə apardıq ki, cümə axşamı günlərində divanda oturub avrokubok matçlarını seyr etməyək”.

Həmin kateqoriyadan