“Vorskla” və “Sportinq”lə oyunların biletləri satışa çıxarılıb

“Qarabağ”ın Avropa liqasının “E” qrupunda son 2 ev oyununun biletləri satışa çıxarılıb.

Allsport.az saytı xəbər verir ki, oktyabrın 25-də Ukraynanın “Vorskla” (Poltava) və noyabrın 29-da Portuqaliyanın “Sportinq” klubları ilə görüşlərin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir. Matça gəlmək istəyənlər qeyd olunan satış məntəqələrindən və ya onlayn olaraq iticket.az saytından əldə edə bilərlər:

“Qarabağ” FK (Fan-Şop)
Gənclik Mall
28 Mall
ASAN Xidmət (1,2, 3, 4 və Sumqayıt)
İticket satış məntəqələr

Həmin kateqoriyadan