Xəyal Zeynalov: “Gənc qapıçılar” klubunun dəstəyə ehtiyacı var

Elxan Məmmədov Gəncəyə köməyi niyə dayandırıb?

Gəncə futbol məktəbinin layiqli nümayəndələrindən olan Xəyal Zeynalov, məşqçilik karyerasını davam etdirir. Allsport.az saytı xəbər verir ki, hazırda “Kəpəz”in 10 yaşa qədər futbolçulardan ibarət komandasının baş məşqçisi olan eks-qapıçı, həm də Gəncədə fəaliyyət göstərən “Gənc qapıçılar” klubunun təsisçisi və məşqçisidir. Son zamanlar intensiv işi ilə seçilən “Gənc qapıçılar” klubunda vəziyyət əvvəlki kimi ideal deyl. Bütün bunlara aydınlıq gətirmək üçün Zeynalovla əlaqə saxladıq:

“Bilirsiz ki, “Gənc qapıçılar” klubu nəinki Gəncədə, Azərbaycandə bir ilkdir. Sırf qapıçı ilə işləyən ikinci belə bir klub yoxdur. Bizim əsas məqsədimiz Gəncədə və ona yaxın bölgələrdə güclü qapıçıların yetişdirilməsinə təkan verməkdir. Bu məqsədlə həmkarım Tariyel Hüseynovla belə bir layihəni həyata keçirmişik. Nəticədə həfətinin 3 və ya 4 günü gənc qapıçıları ətrafımıza toplayaraq onlara ustad dərsləri keçməyə başladıq. Sağ olsun “Kəpəz” rəhbərliyi eləcə də AFFA, ilkin mərhələdə bizə bu işdə müəyyən yardımını əsirgəmədi. İşlərimizin uğurla davam etdirirdik. Bu gün

Gəncəbasar zonanı təmsil edən aşağı yaş qrupları üzrə komanadaların demək olar ki, hamsının qapıçısı bizim klubun yetirmələridir, və yaxudda bizim klubda bu işin sirlərinə yiyələniblər. Lakin artıq bir neçə aydır ki, vəziyyət bir qədər qəlizləşib. AFFA-nın dəsətəyi ilə klubumuzu futbol ləvazimatıarı ilə təmin edirdik. Qurumun baş katibi Elxan Məmmədov ilk olaraq bizə dəstək oldu. Nəticədə kifayət qədər ciddi uğurlar əldə etdik. Lakin maliyyə böhranı səbəbindən AFFA, 8 aylıq əməkdaşlığımıza son qoydu. İndi yenə çətin vəziyyətə düşmüşük. Bizim əsas məqsədimiz Azərbaycanda, xüsusən də Gəncədə futbolun inkişafına təkan verməkdir. Ümid edirəm ki, lazımı inaslardan gələcəkdə klubu inkişaf etdirmək üçün istənilən dəstəyi ala biləcəyik.

Fəaliyyətimizi dayandırmaq niyyətində deylik. Nə qədər çətin olsa da, işimizi davam etdirəcəyik. “Gənc qapıçılar” klubuna hazırda heç bir dəstək yoxdur. Başdı başına qalıb. Azərbaycan futbolunun inkişafı üçün belə layihələri itirmək olmaz.” Qeyd edək ki, karyerasının böyük əksəriyyətini “Kəpəz”də keçirən Xəyal Zeynalov 2 dəfə Azərbaycan çempionluğunu qazanıb, 1 dəfə isə ölkə kubokunun sahibi olub.

Həmin kateqoriyadan