“Xəzər adaları”nın futbol komandası da olacaq

“Xəzər adaları”nın prezidenti Hacı İbrahim Nehrəmli bəyan edib ki, yaxın gələcəkdə rəhbərlik etdiyi klubun futbol komandası da yaradılacaq. Allsport.az xəbər verir ki, o, bu gün jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Yaxın gələcəkdə “Xəzər adaları” böyük futbolda da olacaq. Sağlam rəqabət istəyirik. Dünya səhnəsinə daxil olmalıyıq. Bunun üçün yaxşı büdcə ayıracağam. Gərək hər sahədə birinci olaq. Buna görə iş öncədən düzgün qurulmalıdır”.

Həmin kateqoriyadan