“Xəzər Lənkəran”da mövsümə 500 000 dollar alırdım”

“Xəzər Lənkəran”ın sabiq yarımmüdafiəçisi Denis Kalinkov Moldova mətbuatına müsahibəsində cənub klubundakı çıxışından, eləcə də Azərbaycandan gedişindən söz açıb. Allsport.az sizi həmin fikirlərlə tanış edir.

– Azərbaycandan təklif almağıma nəinki yığmadakı uğurlu çıxışımın, digər məqamların da təsiri çox oldu. Məsələn, həmin vaxt “Akademiya”da məşq edirdim, hətta oynayırdım. Belçika və Hollandiya çempionatları ilə Azərbaycan birinciliyi arasında çoxmu fərq var? Mən deyərdim ki, orada çox maraqlı çempionat keçirilirdi. Orada 5-6 güclü komanda var idi. Onlardan 3-4-nün ümumiyyətlə çoxlu pulu var idi. Heç yerdə qalan komandaların da imkanları pis deyildi. Məsələn, futbolçulara bir ilə görə 100-200-300 min pul ödəyirdilər. Çempionatda Avropadan çoxlu futbolçu var idi. İndi sadəcə, “Qarabağ”la “Qəbələ” əvvəlki səviyyəsini saxlayıb. Amma vaxtilə “Bakı”, “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” də güclü idi.

– Yəni, Azərbaycan çempionatında “tək ayaqla oynamaq” mümkün deyildi?
– Məsələn, mən orada hətta 3:0-dan böyük hesab qeydə alındığını xatırlamıram. Darmadağın demək olar ki, olmurdu.

– Maaş baxımından “Anderlext”də vəziyyət daha yaxşı idi, ya Azərbaycanda?
– Avropada pul daha çoxdur. Azərbaycanda da yaxşı pul verilir. Avropada çıxış edəndə uşaq idim. Amma “Xəzər Lənkəran”da oynayanda artıq yetişmiş futbolçuydum.

– Deyilənə görə, siz “Xəzər Lənkəran”dan mövsümün sonunda daha çox pul tələb etdiyinizə görə uzaqlaşmısınız…
– Mən orada bir mövsümə görə 500 000 dollar alırdım. Daha doğrusu 10 ay üçün. Mənə yeni müqavilə təklif etdilər, qane etdi və imzaladım. Amma məni “Atletiko” və “Malyorka”ya aparmağa söz verən menecer peyda oldu. İspaniyada daha çox pul təklif olunurdu. Lakin məni bu yox, İspaniya çempionatı kimi güclü birincilikdə çıxış etmək maraqlandırırdı. Təəssüf ki, sonda həm Avropadan oldum, həm də Azərbaycandan.

Həmin kateqoriyadan