“Xəzər” Türkiyə təmsilçisinə qalib gəlib

Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər” növbəti yoxlama oyununda yerli “Kəmərspor”la üz-üzə gəlib. Allsport.az saytı xəbər verir ki, görüş bizimkilərin 1-ci liqa klubu üzərində əzmkar qələbəsi ilə başa çatıb (2:1).

İlk hissədə hesabı açan rəqibə fasilədən sonra “Xəzər”də Ramil Həsənov 2 dəfə cavab verib. Matçı FİFA referisi Boris Marhefkanın rəhbərlik etdiyi slovakiyalı hakimlər dəstəsi idarə edib.

 

Həmin kateqoriyadan